< 2 Korinflilərə 7 >

1 Sevimlilər, bu vədlərə malik olduğumuza görə Allahdan qorxub kamil müqəddəsliyə çataraq bizi cisimdə və ruhda murdarlayan hər şeydən özümüzü təmizləyək.
ταυτασ ουν εχοντεσ τασ επαγγελιασ αγαπητοι καθαρισωμεν εαυτουσ απο παντοσ μολυσμου σαρκοσ και πνευματοσ επιτελουντεσ αγιωσυνην εν φοβω θεου
2 Ürəyinizdə bizim üçün yer ayırın. Biz heç kimə haqsızlıq etməmişik, heç kimə zərər verməmişik, heç kimi istismar etməmişik.
χωρησατε ημασ ουδενα ηδικησαμεν ουδενα εφθειραμεν ουδενα επλεονεκτησαμεν
3 Sözlərimlə sizi məhkum etmək istəmirəm, çünki əvvəlcədən dediyim kimi ürəyimizdə elə bir yeriniz var ki, ölsək də, yaşasaq da sizinlə bir olacağıq.
ου προσ κατακρισιν λεγω προειρηκα γαρ οτι εν ταισ καρδιαισ ημων εστε εισ το συναποθανειν και συζην
4 Sizə çox etibar edirəm, sizinlə çox fəxr edirəm. Nə cür əziyyət çəksək belə, təsəllim bol, sevincim hədsizdir.
πολλη μοι παρρησια προσ υμασ πολλη μοι καυχησισ υπερ υμων πεπληρωμαι τη παρακλησει υπερπερισσευομαι τη χαρα επι παση τη θλιψει ημων
5 Makedoniyaya gələndə də cismən dinclik tapmadıq. Hər tərəfdən əziyyət çəkirdik. Bayırda çəkişmələr, daxildə qorxular var idi.
και γαρ ελθοντων ημων εισ μακεδονιαν ουδεμιαν εσχηκεν ανεσιν η σαρξ ημων αλλ εν παντι θλιβομενοι εξωθεν μαχαι εσωθεν φοβοι
6 Lakin məzlumlara təsəlli verən Allah Titin gəlişi ilə bizə təsəlli verdi.
αλλ ο παρακαλων τουσ ταπεινουσ παρεκαλεσεν ημασ ο θεοσ εν τη παρουσια τιτου
7 Ancaq Titin gəlişindən deyil, sizin ona verdiyiniz təsəllidən də təsəlli aldıq. Çünki Tit dedi ki, siz məndən ötrü darıxır, dərd və qeyrət çəkirsiniz. Buna görə sevincim daha da artdı.
ου μονον δε εν τη παρουσια αυτου αλλα και εν τη παρακλησει η παρεκληθη εφ υμιν αναγγελλων ημιν την υμων επιποθησιν τον υμων οδυρμον τον υμων ζηλον υπερ εμου ωστε με μαλλον χαρηναι
8 Məktubumla sizi kədərləndirdimsə də, buna görə peşman deyiləm. Əslində məktubumla sizi bir anlıq da olsa kədərləndirdiyim üçün peşman olmuşdum.
οτι ει και ελυπησα υμασ εν τη επιστολη ου μεταμελομαι ει και μετεμελομην βλεπω γαρ οτι η επιστολη εκεινη ει και προσ ωραν ελυπησεν υμασ
9 Amma indi kədərinizə görə yox, bu kədər hissinin sizin tövbə etmənizə səbəb olduğu üçün sevinirəm. Allah istəyən tərzdə kədərləndiniz, buna görə də bizdən heç bir şeydə ziyan görmədiniz.
νυν χαιρω ουχ οτι ελυπηθητε αλλ οτι ελυπηθητε εισ μετανοιαν ελυπηθητε γαρ κατα θεον ινα εν μηδενι ζημιωθητε εξ ημων
10 Allah istəyən tərzdə olan kədər insanda tövbə yaradıb onu xilasa aparır və bunda peşmançılıq yoxdur. Dünyanın kədəri isə ölüm yaradır.
η γαρ κατα θεον λυπη μετανοιαν εισ σωτηριαν αμεταμελητον κατεργαζεται η δε του κοσμου λυπη θανατον κατεργαζεται
11 Baxın Allah istəyən tərzdə çəkdiyiniz bu kədər sizdə nə qədər böyük cəhd, təmizə çıxmaq arzusu, qəzəb, qorxu, həsrət, qeyrət, ədalətpərvərlik yaratdı. Bu işdə hər cəhətdən saf olduğunuz barədə zəmanət verdiniz.
ιδου γαρ αυτο τουτο το κατα θεον λυπηθηναι υμασ ποσην κατειργασατο υμιν σπουδην αλλα απολογιαν αλλα αγανακτησιν αλλα φοβον αλλα επιποθησιν αλλα ζηλον αλλα εκδικησιν εν παντι συνεστησατε εαυτουσ αγνουσ ειναι εν τω πραγματι
12 Sizə o məktubu yazanda haqsızlıq edənə yaxud haqsızlığa məruz qalana görə yazmadım. Bizim üçün etdiyiniz cəhdi Allah önündə aydın görməniz üçün yazdım.
αρα ει και εγραψα υμιν ουχ εινεκεν του αδικησαντοσ ουδε εινεκεν του αδικηθεντοσ αλλ εινεκεν του φανερωθηναι την σπουδην υμων την υπερ ημων προσ υμασ ενωπιον του θεου
13 Bütün bunlardan təsəlli alırıq. Buna əlavə olaraq Titin sevinci bizi daha da sevindirdi. Hamınız onun ruhunu təzələdiniz.
δια τουτο παρακεκλημεθα επι δε τη παρακλησει υμων περισσοτερωσ μαλλον εχαρημεν επι τη χαρα τιτου οτι αναπεπαυται το πνευμα αυτου απο παντων υμων
14 Mən onun qarşısında sizinlə fəxr etmişdim, siz də məni utandırmadınız. Sizə dediyimiz hər şey necə doğru idisə, Titin qarşısında sizinlə fəxr etməyimiz də doğru çıxdı.
οτι ει τι αυτω υπερ υμων κεκαυχημαι ου κατησχυνθην αλλ ωσ παντα εν αληθεια ελαλησαμεν υμιν ουτωσ και η καυχησισ ημων η επι τιτου αληθεια εγενηθη
15 Hamınızın itaətli olduğunuzu, onu necə qorxu və lərzə ilə qəbul etdiyinizi yada saldıqca sizə olan sevgisi daha da artır.
και τα σπλαγχνα αυτου περισσοτερωσ εισ υμασ εστιν αναμιμνησκομενου την παντων υμων υπακοην ωσ μετα φοβου και τρομου εδεξασθε αυτον
16 Sizə hər işdə etibar edə bildiyim üçün sevinirəm.
χαιρω οτι εν παντι θαρρω εν υμιν

< 2 Korinflilərə 7 >