< Yezekel 27 >

1 Mənə Rəbbin bu sözü nazil oldu:
ויהי דבר יהוה אלי לאמר
2 «Sən ey bəşər oğlu, Sur üçün mərsiyə oxuyub
ואתה בן אדם שא על צר קינה
3 ona söylə ki, sən ey dəniz qapılarında yerləşən, çoxlu sahil xalqı ilə ticarət edən şəhər, Xudavənd Rəbb belə deyir: “Ey Sur, sən dedin: ‹Mən gözəllikdə qüsursuzam›.
ואמרת לצור הישבתי (הישבת) על מבואת ים רכלת העמים אל איים רבים כה אמר אדני יהוה צור את אמרת אני כלילת יפי
4 Sərhədlərin dənizin qoynunda idi. Səni tikənlər gözəlliyini kamil etdi.
בלב ימים גבוליך בניך כללו יפיך
5 Bütün taxtalarını Senirin şam ağaclarından düzəltdilər. Sənə dor qayırmaq üçün Livandan sidr ağacları gətirdilər.
ברושים משניר בנו לך את כל לחתים ארז מלבנון לקחו לעשות תרן עליך
6 Avarlarını Başanın palıd ağaclarından qayırdılar, Göyərtəni fil sümüyü ilə bəzənən, Kittim sahillərindən gətirilən Şam ağaclarından düzəltdilər.
אלונים מבשן עשו משוטיך קרשך עשו שן בת אשרים מאיי כתים
7 Sənin yelkənin, bayrağın Misirin naxışlı kətanından oldu. Talvarın Elişa sahillərinin Bənövşəyi və tünd qırmızı parçalarından idi.
שש ברקמה ממצרים היה מפרשך להיות לך לנס תכלת וארגמן מאיי אלישה היה מכסך
8 Sidonda və Ervadda yaşayanlar Sənin avar çəkənlərin idi. Ey Sur, səndə bacarıqlı adamlar var idi, Gəmiçilərin onlardan idi.
ישבי צידון וארוד היו שטים לך חכמיך צור היו בך המה חבליך
9 Gəmilərindəki yarıqları təmir edənlər Gevalın təcrübəli və bacarıqlı adamları idi. Dənizdəki bütün gəmilər və dənizçilər Mallarını dəyişmək üçün Sənin yanına gəldi.
זקני גבל וחכמיה היו בך מחזיקי בדקך כל אניות הים ומלחיהם היו בך לערב מערבך
10 Fars, Lud və Put əsgərləri Ordunda xidmət edirdi. Qalxanlarını, dəbilqələrini Divarlarından asdılar, Sənə əzəmət verdilər.
פרס ולוד ופוט היו בחילך אנשי מלחמתך מגן וכובע תלו בך המה נתנו הדרך
11 Ervaddan və Xelekdən gələnlər Hər tərəfdən divarlarını qorudu. Qammadlılar qüllələrində gözətçi oldu. Qalxanlarını divarlarından asdı, Gözəlliyini kamil etdi.
בני ארוד וחילך על חומותיך סביב וגמדים במגדלותיך היו שלטיהם תלו על חומותיך סביב--המה כללו יפיך
12 Səndə hər cür mal bol olduğu üçün Tarşiş səninlə ticarət etdi, Mallarının əvəzinə sənə Gümüş, dəmir, qalay və qurğuşun verdilər.
תרשיש סחרתך מרב כל הון בכסף ברזל בדיל ועופרת נתנו עזבוניך
13 Yavan, Tuval və Meşek səninlə ticarət etdi, Mallarının əvəzinə sənə Qullar və tunc qablar verdilər.
יון תבל ומשך המה רכליך בנפש אדם וכלי נחשת נתנו מערבך
14 Bet-Toqarma xalqı Mallarının əvəzinə sənə At, döyüş atı və qatır verdi.
מבית תוגרמה סוסים ופרשים ופרדים נתנו עזבוניך
15 Dedan xalqı səninlə ticarət etdi, Çoxlu sahil xalqı sənin müştərin idi, Səndən aldıqları malın əvəzinə Fil sümüyü və abnos ağacı verdilər.
בני דדן רכליך איים רבים סחרת ידך קרנות שן והובנים (והבנים) השיבו אשכרך
16 Sənin məmulatın çox olduğu üçün Aram səninlə ticarət etdi, Mallarının əvəzində sənə Firuzə, tünd qırmızı qumaş, naxışlı paltarlar, İncə kətan, mərcan və yaqut verdilər.
ארם סחרתך מרב מעשיך בנפך ארגמן ורקמה ובוץ וראמת וכדכד נתנו בעזבוניך
17 Yəhuda və İsrail ölkəsi səninlə ticarət etdi, Mallarının əvəzinə sənə Minnit buğdası, darı, bal, Zeytun yağı və balzam verdilər.
יהודה וארץ ישראל המה רכליך בחטי מנית ופנג ודבש ושמן וצרי נתנו מערבך
18 Sənin məmulatın çox olduğu üçün, Səndə hər cür mal bol olduğuna görə Dəməşq səninlə ticarət etdi, Helbon şərabı, Saxar yunu ilə ticarət etdi.
דמשק סחרתך ברב מעשיך מרב כל הון ביין חלבון וצמר צחר
19 Vadan və Uzaldan gələn Yavan səninlə ticarət etdi. Sənə gətirilən mallar arasında İşlənmiş dəmir, darçın və ətirli qamış var idi.
ודן ויון מאוזל בעזבוניך נתנו ברזל עשות קדה וקנה במערבך היה
20 Dedan xalqı səninlə ticarət edib Sənə yəhər üçün qumaş verdi.
דדן רכלתך בבגדי חפש לרכבה
21 Ərəbistan və bütün Qedar rəhbərləri Sənin müştərilərin idi, Quzu, qoç və təkə ilə Səninlə ticarət etdilər.
ערב וכל נשיאי קדר המה סחרי ידך בכרים ואילם ועתודים בם סחריך
22 Səba və Raama tacirləri Səninlə ticarət etdi. Mallarının əvəzinə sənə Hər cür dəyərli ətriyyat, qiymətli daşlar və qızıl verdilər.
רכלי שבא ורעמה המה רכליך בראש כל בשם ובכל אבן יקרה וזהב נתנו עזבוניך
23 Xaran, Kanne, Eden, Səba tacirləri, Aşşur və Kilmad Səninlə ticarət etdi,
חרן וכנה ועדן רכלי שבא אשור כלמד רכלתך
24 Onlar bazarlarında Gözəl paltar, bənövşəyi qumaş, naxışlı libaslar, Sıx toxunmuş, iplərlə bağlanmış Rəngli xalçalarla Səninlə ticarət etdi.
המה רכליך במכללים בגלומי תכלת ורקמה ובגנזי ברמים בחבלים חבשים וארזים במרכלתך
25 Tarşiş gəmiləri sənin mallarını daşıdı. Dənizin qoynunda böyük yüklə doldun.
אניות תרשיש שרותיך מערבך ותמלאי ותכבדי מאד בלב ימים
26 Avarçəkənlərin səni açıq dənizlərə çıxartdı, Ancaq şərq yeli dənizin qoynunda səni parçaladı.
במים רבים הבאוך השטים אתך רוח הקדים שברך בלב ימים
27 Gəmin qəzaya uğradığı gün Var-dövlətin, malların, ticarət şeylərin, Gəmiçilərin, sükançıların, Təmirçilərin, ticarət şəriklərin, Döyüşçülərin – içində olan bütün camaat Dənizin dərinliklərinə batacaq.
הונך ועזבוניך מערבך מלחיך וחבליך מחזיקי בדקך וערבי מערבך וכל אנשי מלחמתך אשר בך ובכל קהלך אשר בתוכך יפלו בלב ימים ביום מפלתך
28 Sükançıların fəryadından Dənizin sahilləri titrəyəcək.
לקול זעקת חבליך ירעשו מגרשות
29 Avarçəkənlərin hamısı gəmilərini tərk edəcək, Gəmiçilərlə sükançıların hamısı Gəmilərindən düşüb quruda dayanacaq.
וירדו מאניותיהם כל תפשי משוט--מלחים כל חבלי הים אל הארץ יעמדו
30 Uca səslə sənin üçün Acı-acı fəryad edəcəklər. Başlarına torpaq səpələyəcəklər, Küldə eşələnəcəklər.
והשמיעו עליך בקולם ויזעקו מרה ויעלו עפר על ראשיהם באפר יתפלשו
31 Sənin üçün saçlarını ülgüclə qırxacaqlar, Çula bürünəcəklər. Sənin üçün acı-acı ağlayıb Yas tutacaqlar.
והקריחו אליך קרחה וחגרו שקים ובכו אליך במר נפש מספד מר
32 Yaslarında sənin üçün mərsiyə oxuyub Belə deyəcəklər: ‹Dənizin ortasında Sur şəhəri kimi susdurulan Bir şəhər varmı görəsən?›
ונשאו אליך בניהם קינה וקוננו עליך מי כצור כדמה בתוך הים
33 Malların dənizin o tayına çatanda Çoxlu xalqı doydururdun. Böyük var-dövlətinlə, malınla Dünya padşahlarını sərvət sahibi edirdin.
בצאת עזבוניך מימים השבעת עמים רבים ברב הוניך ומערביך העשרת מלכי ארץ
34 İndi isə dənizdə, suların dərinliyində Xarabalığa çevrildiyin zaman Mal-dövlətin və bütün camaatın Səninlə birlikdə batdı.
עת נשברת מימים במעמקי מים מערבך וכל קהלך בתוכך נפלו
35 Sahillərdə yaşayanların hamısı Başına gələnlərdən heyrətə düşdü. Onların padşahlarının tükləri biz-biz oldu, Bənizləri soldu.
כל ישבי האיים שממו עליך ומלכיהם שערו שער רעמו פנים
36 Millətlərin arasındakı tacirlər Sənə görə fit çalacaq. Aqibətin dəhşətli oldu, Sən əbədi olaraq yox olacaqsan”».
סחרים בעמים שרקו עליך בלהות היית ואינך עד עולם

< Yezekel 27 >