< 申命記 33 >

1 以下是神人摩西在未死之先為以色列人所祝的福:
Allah adamı Musa ölümündən əvvəl İsrail övladlarına bu xeyir-duanı oxudu.
2 他說:耶和華從西奈而來, 從西珥向他們顯現, 從巴蘭山發出光輝, 從萬萬聖者中來臨, 從他右手為百姓傳出烈火的律法。
O belə dedi: «Rəbb Sina dağından gəldi, Bizə Seirdən zühur etdi, Paran dağından şəfəq saçdı, On minlərlə müqəddəs mələklər ilə gəldi. Sağ əlində yanar alov var idi.
3 他疼愛百姓; 眾聖徒都在他手中。 他們坐在他的腳下, 領受他的言語。
Ya Rəbb, həqiqətən, Sən xalqları sevirsən! Bütün müqəddəslər Sənin əlindədir! Onlar ayağına düşər, sözlərini dinlər.
4 摩西將律法傳給我們, 作為雅各會眾的產業。
Musa bizə qanuna əməl etməyi tapşırdı, Bu, Yaqubun camaatı üçün bir irsdir.
5 百姓的眾首領, 以色列的各支派, 一同聚會的時候, 耶和華在耶書崙中為王。
İsrail qəbilələri, Xalqın rəhbərləri bir yerə yığılanda Rəbb Yeşuruna padşah oldu.
6 願呂便存活,不致死亡; 願他人數不致稀少。
Qoy Ruven ölməsin, yaşasın! Xalqının sayı azalmasın!»
7 為猶大祝福說: 求耶和華俯聽猶大的聲音, 引導他歸於本族; 他曾用手為自己爭戰, 你必幫助他攻擊敵人。
Musa Yəhuda üçün belə dedi: «Ya Rəbb, Yəhudanın səsini eşit, Onu xalqına geri qaytar. O özü üçün öz əlləri ilə döyüşdü, Düşmənlərinə görə ona kömək et!»
8 論利未說: 耶和華啊,你的土明和烏陵 都在你的虔誠人那裏。 你在瑪撒曾試驗他, 在米利巴水與他爭論。
Levi üçün belə dedi: «Ya Rəbb, Tummimin və Urimin Sənin sadiq qulun üçündür. Onu Massada sınaqdan keçirdin, Onunla Meriva sularında mübahisə etdin.
9 他論自己的父母說: 我未曾看見; 他也不承認弟兄, 也不認識自己的兒女。 這是因利未人遵行你的話, 謹守你的約。
O, ata-anası üçün dedi: “Onlara nəzər salmadım”. Qardaşlarını tanımadı, Övladlarını unutdu, Ancaq Sənin sözünə riayət etdi, Sənin əhdini hifz etdi.
10 他們要將你的典章教訓雅各, 將你的律法教訓以色列。 他們要把香焚在你面前, 把全牲的燔祭獻在你的壇上。
Hökmlərini Yaqub nəslinə, Qanununu İsraillilərə öyrədəcəklər. Onlar hüzurunda buxuru, Qurbangahında bütöv yandırma qurbanını təqdim edəcək.
11 求耶和華降福在他的財物上, 悅納他手裏所辦的事。 那些起來攻擊他和恨惡他的人, 願你刺透他們的腰, 使他們不得再起來。
Ya Rəbb, onların malına bərəkət ver, Əməllərindən razı qal. Kim onlara hücum etsə, Kim onlara nifrət etsə, Belini qır, Bir daha qalxmasınlar!»
12 論便雅憫說: 耶和華所親愛的必同耶和華安然居住; 耶和華終日遮蔽他,也住在他兩肩之中。
Binyamin üçün belə dedi: «Rəbbin sevimlisi Onun yanında əmin-amanlıqda yaşasın! Rəbb gün boyu onu qoruyur, O da Rəbbin qucağında qalır».
13 論約瑟說: 願他的地蒙耶和華賜福, 得天上的寶物、甘露, 以及地裏所藏的泉水;
Yusif üçün belə dedi: «Onun torpağı Rəbdən bərəkət alsın, Göydən gələn qiymətli şehlə, Yer altında yatan dərin sularla,
14 得太陽所曬熟的美果, 月亮所養成的寶物;
Günəşin yetişdirdiyi ən gözəl barlarla, Hər ay yetişən ən gözəl bəhərlərlə,
15 得上古之山的至寶, 永世之嶺的寶物;
Qədimdən qalan dağların əla nemətləri ilə, Əbədi təpələrin münbitliyi ilə,
16 得地和其中所充滿的寶物, 並住荊棘中上主的喜悅。 願這些福都歸於約瑟的頭上, 歸於那與弟兄迥別之人的頂上。
Yerin ən qiymətli məhsulu və bolluğu ilə, Kolda məskən Salanın lütfü ilə Qoy bərəkət alsın! Yusifin başı üzərinə – Qardaşlarından ayrı düşənin başı üzərinə Qoy bərəkət yağsın!
17 他為牛群中頭生的,有威嚴; 他的角是野牛的角, 用以牴觸萬邦,直到地極。 這角是以法蓮的萬萬, 瑪拿西的千千。
O, birinci doğulan buğa qədər heybətlidir, Buynuzları çöl öküzünün buynuzlarına bənzəyir. Bu buynuzlarla xalqları, Yer üzünün qurtaracağınadək hər yerdə olanları vuracaq. Bax belədir Efrayimin on minləri, Bax budur Menaşşenin minləri».
18 論西布倫說: 西布倫哪,你出外可以歡喜。 以薩迦啊,在你帳棚裏可以快樂。
Zevulun üçün belə dedi: «Ey Zevulun, yola düşəndə sevin, Ey İssakar, çadırlarında sevin!
19 他們要將列邦召到山上, 在那裏獻公義的祭; 因為他們要吸取海裏的豐富, 並沙中所藏的珍寶。
Onlar xalqları dağa çağıracaqlar, Orada salehlik qurbanları kəsəcəklər. Bol dəniz nemətləri ilə, Qumlarda gizlənən xəzinələrlə doyacaqlar».
20 論迦得說: 使迦得擴張的應當稱頌! 迦得住如母獅; 他撕裂膀臂,連頭頂也撕裂。
Qad üçün belə dedi: «Qadın ərazisini artırana şükür olsun! Qad aslan tək yaşayır, Qolu, başı qoparır.
21 他為自己選擇頭一段地, 因在那裏有設立律法者的分存留。 他與百姓的首領同來; 他施行耶和華的公義 和耶和華與以色列所立的典章。
O özü üçün ilk torpağı seçdi. Çünki onun üçün sərdarın payı saxlanıldı. Xalq rəhbərləri yığılanda Rəbbin ədalətini, İsraillilərə gətirdiyi hökmləri icra etdi».
22 論但說: 但為小獅子, 從巴珊跳出來。
Dan üçün belə dedi: «Dan Başandan sıçrayan Bala aslandır».
23 論拿弗他利說: 拿弗他利啊,你足沾恩惠, 滿得耶和華的福, 可以得西方和南方為業。
Naftali üçün belə dedi: «Ey Rəbbin lütfü və bərəkəti ilə dolu olan Naftali, Qərbi və cənubu mülk edəcəksən».
24 論亞設說: 願亞設享受多子的福樂, 得他弟兄的喜悅, 可以把腳蘸在油中。
Aşer üçün belə dedi: «Oğullar arasında Aşer ən çox bərəkət alsın! Qardaşlarının ən çox bəyəndiyi o olsun! Ayağını zeytun yağına batırsın.
25 你的門閂是銅的,鐵的。 你的日子如何,你的力量也必如何。
Darvazalarının cəftələri dəmirdən, tuncdan olsun, Qüvvətin ömrün boyu qurtarmasın!
26 耶書崙哪,沒有能比上帝的。 他為幫助你,乘在天空, 顯其威榮,駕行穹蒼。
Ey Yeşurun, bax sənə kömək etmək üçün Göylər və buludlara əzəməti ilə minən Allahın bənzəri yoxdur.
27 永生的上帝是你的居所; 他永久的膀臂在你以下。 他在你前面攆出仇敵, 說:毀滅吧。
Pənahgahın əzəli əbədi Allahdır, Səni daim qollarında gəzdirər. Düşmənlərini qarşından qovar, “Yox et onları!” sənə deyər.
28 以色列安然居住; 雅各的本源獨居五穀新酒之地。 他的天也滴甘露。
İsrail əmin-amanlıqda yaşayır. Taxıl və təzə şərab torpağında Yaqubun çeşməsi sakit qalır, Oraya göylərdən şeh damır.
29 以色列啊,你是有福的! 誰像你這蒙耶和華所拯救的百姓呢? 他是你的盾牌,幫助你, 是你威榮的刀劍。 你的仇敵必投降你; 你必踏在他們的高處。
Ey İsrail! Nə bəxtiyarsan, Sənin kimisi varmı? Rəbbin qurtardığı xalqsan! Rəbb sipərdir, köməyinə çatandır, Əzəmətli qılıncındır. Sənə düşmənlər yaltaqlanır, Sən onların yuxarı yerlərini tapdalayırsan».

< 申命記 33 >