< 以西結書 31 >

1 十一年三月初一日,耶和華的話臨到我說:
Sürgünlüyümüzün on birinci ilində, üçüncü ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu:
2 「人子啊,你要向埃及王法老和他的眾人說: 在威勢上誰能與你相比呢?
«Ey bəşər oğlu, Misir padşahı firona və onun camaatına söylə: “Əzəmətdə kim səninlə müqayisə edilə bilər?
3 亞述王曾如黎巴嫩中的香柏樹, 枝條榮美,影密如林, 極其高大,樹尖插入雲中。
Bax Aşşur Livandakı sidr ağacına bənzəyirdi, Meşəyə kölgə salan gözəl budaqları var idi, Çox uca idi, başı buludlara çatırdı.
4 眾水使它生長; 深水使它長大。 所栽之地有江河圍流, 汊出的水道延到田野諸樹。
Onu sular bəslədi, Dərin su qaynaqları böyütdü. Çayları əkildiyi yeri əhatə etdi, Arxları çöldəki bütün ağaclara çatırdı.
5 所以它高大超過田野諸樹; 發旺的時候,枝子繁多, 因得大水之力枝條長長。
Buna görə də çöldəki bütün ağaclardan böyük oldu, Bol su içdiyi üçün qol-budaq atıb Şaxələri uzandı.
6 空中的飛鳥都在枝子上搭窩; 田野的走獸都在枝條下生子; 所有大國的人民都在它蔭下居住。
Bütün göy quşları onun budaqlarında yuva qurdu, Vəhşi heyvanlar şaxələri altında balaladı, Bütün böyük millətlər kölgəsində yaşadı.
7 樹大條長,成為榮美, 因為根在眾水之旁。
Böyüklüyü və uzun budaqları ilə gözəl oldu, Çünki kökləri bol su içdi.
8 上帝園中的香柏樹不能遮蔽它; 松樹不及它的枝子; 楓樹不及它的枝條; 上帝園中的樹都沒有它榮美。
Allahın bağçasındakı sidr ağacları da Boyda ona çatmazdı, Şam ağacları boyda onun budaqlarına yetməzdi, Çinar ağacları onun şaxələri kimi deyildi, Allahın bağçasındakı ağaclardan heç biri Onun kimi gözəl deyildi.
9 我使它的枝條蕃多,成為榮美, 以致上帝伊甸園中的樹都嫉妒它。」
Sıx budaqlarla o sidr ağacını gözəlləşdirdim, Allahın bağçası olan Edendəki Bütün ağaclar ona qısqandı”.
10 所以主耶和華如此說:「因它高大,樹尖插入雲中,心驕氣傲,
Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boyu ucalıb başı buludlara çatanda ucalığına görə ürəyi qürurlandı,
11 我就必將它交給列國中大有威勢的人;他必定辦它。我因它的罪惡,已經驅逐它。
Mən də onu millətlərin başçısına təslim etdim. O da onunla pisliyinə görə rəftar edəcək. Mən onu qovdum və
12 外邦人,就是列邦中強暴的,將它砍斷棄掉。它的枝條落在山間和一切谷中,它的枝子折斷,落在地的一切河旁。地上的眾民已經走去,離開它的蔭下。
yadelli millətlərin ən rəhmsizi onu kəsib yerə yıxdı. Budaqları dağlara və bütün dərələrə düşdü. Şaxələri ölkənin bütün vadilərində qırılıb qaldı. Yer üzünün bütün xalqları kölgəsindən çəkilib onu tərk etdi.
13 空中的飛鳥都要宿在這敗落的樹上,田野的走獸都要臥在它的枝條下,
Göydəki bütün quşlar onun yıxılmış gövdəsi üstünə qondu, bütün vəhşi heyvanlar şaxələri arasında yaşadı.
14 好使水旁的諸樹不因高大而自尊,也不將樹尖插入雲中,並且那些得水滋潤、有勢力的,也不得高大自立。因為它們在世人中,和下坑的人都被交與死亡,到陰府去了。」
Bu ona görə oldu ki, bir daha suların yaxınlığında bitən heç bir ağac boy-buxun atmasın, başını buludlara çatdırmasın, bol su içən heç bir ağac bu qədər yüksəlməsin. Çünki onların hamısı qəbirə enən insanlarla birgə ölümə – yerin dərinliklərinə təslim edildi”.
15 主耶和華如此說:「它下陰間的那日,我便使人悲哀。我為它遮蓋深淵,使江河凝結,大水停流;我也使黎巴嫩為它悽慘,田野的諸樹都因它發昏。 (Sheol h7585)
Xudavənd Rəbb belə deyir: “Sidr ağacı ölülər diyarına endiyi gün ona yas tutsunlar deyə dərin su qaynaqlarını örtdüm, çaylarını dayandırdım, gur sularının qabağını kəsdim. O ağac üçün Livana yas tutdurdum, bütün çöl ağaclarını qurutdum. (Sheol h7585)
16 我將它扔到陰間,與下坑的人一同下去。那時,列國聽見它墜落的響聲就都震動,並且伊甸的一切樹-就是黎巴嫩得水滋潤、最佳最美的樹-都在陰府受了安慰。 (Sheol h7585)
Qəbirə enənlərlə birgə onu ölülər diyarına endirdiyim zaman dağılmasının gurultusundan millətləri lərzəyə saldım. O zaman Eden bağındakı bütün ağaclar, Livanın ən seçilmiş, ən yaxşı və bol sulanan ağacları yerin dərinliklərində təsəlli tapdı. (Sheol h7585)
17 它們也與它同下陰間,到被殺的人那裏。它們曾作它的膀臂,在列國中它的蔭下居住。 (Sheol h7585)
Kölgəsində yaşayanlar, millətlər arasında ona arxa duranlar da onunla birlikdə ölülər diyarına – qılıncla öldürülmüş adamların yanına endi. (Sheol h7585)
18 在這樣榮耀威勢上,在伊甸園諸樹中,誰能與你相比呢?然而你要與伊甸的諸樹一同下到陰府,在未受割禮的人中,與被殺的人一同躺臥。 「法老和他的群眾乃是如此。這是主耶和華說的。」
Eden ağaclarından hansı izzət və əzəmətdə səninlə müqayisə edilə bilər? Ancaq sən Eden ağacları ilə birgə yerin dərinliklərinə endiriləcək, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında yatacaqsan. Fironun və onun camaatının aqibəti belə olacaq” Xudavənd Rəbb belə bəyan edir».

< 以西結書 31 >