< 何西阿書 11 >

1 以色列年幼的時候,我愛他, 就從埃及召出我的兒子來。
İsrail uşaq ikən onu sevdim, Öz oğlumu Misirdən çağırdım.
2 先知越發招呼他們, 他們越發走開, 向諸巴力獻祭, 給雕刻的偶像燒香。
Peyğəmbərlər İsraili çağırdıqca İsrail onlardan uzaqlaşdı. Baal bütlərinə qurban kəsdilər, Oyma bütlərə buxur yandırdılar.
3 我原教導以法蓮行走, 用膀臂抱着他們, 他們卻不知道是我醫治他們。
Efrayimə gəzməyi Mən öyrətdim, Onları qollarım üstünə aldım. Ancaq bilmədilər ki, Onlara Mən şəfa verdim.
4 我用慈繩愛索牽引他們; 我待他們如人放鬆牛的兩腮夾板, 把糧食放在他們面前。
Onları insani tellərlə, Sevgi bağları ilə Özümə çəkdim. Onlar üçün çənələrindən boyunduruğu qaldıran Bir kəs oldum, Əyilib onlara yemək verdim.
5 他們必不歸回埃及地, 亞述人卻要作他們的王, 因他們不肯歸向我。
Məgər Misirə qayıtmayacaqlar? Aşşur onlara padşah olmayacaq? Çünki onlar Mənə üz tutmaq istəmədilər.
6 刀劍必臨到他們的城邑, 毀壞門閂,把人吞滅, 都因他們隨從自己的計謀。
Şəhərlərinin içində qılınc fırlanacaq, Onların qapı sürgülərini qıracaq. Fitnələri üzündən onları yeyib-qurtaracaq.
7 我的民偏要背道離開我; 眾先知雖然招呼他們歸向至上的主, 卻無人尊崇主。
Xalqım Məndən üz döndərməyi qərara alıb. Haqq-Taalanı çağırsalar da, Onları heç vaxt ucaltmayacaq.
8 以法蓮哪,我怎能捨棄你? 以色列啊,我怎能棄絕你? 我怎能使你如押瑪? 怎能使你如洗扁? 我回心轉意, 我的憐愛大大發動。
Ey Efrayim, səni necə əldən verim? Ey İsrail, səni necə təslim edim? Admaya etdiyimi sənə necə edim? Səni necə Sevoyim kimi edim? Köksümdə ürəyim alt-üst oldu, Mərhəmət hisslərim alovlandı.
9 我必不發猛烈的怒氣, 也不再毀滅以法蓮。 因我是上帝,並非世人, 是你們中間的聖者; 我必不在怒中臨到你們。
Mən qızğın qəzəbimlə rəftar etmərəm, Efrayimi artıq məhv etmərəm. Çünki Mən Allaham, insan deyiləm, Aranızda Müqəddəs Olanam. Qəzəblə üzərinizə gəlmərəm.
10 耶和華必如獅子吼叫, 子民必跟隨他。 他一吼叫, 他們就從西方急速而來。
Onlar aslan kimi nərə çəkən Rəbbin arxasınca gedəcək. O nərə çəkəndə Övladları qərbdən titrəyərək gələcək.
11 他們必如雀鳥從埃及急速而來, 又如鴿子從亞述地來到。 我必使他們住自己的房屋。 這是耶和華說的。
Misirdən quşlar kimi, Aşşur ölkəsindən göyərçinlər kimi Titrəyərək gələcəklər. Onları evlərində sakin edəcəyəm» Rəbb belə bəyan edir.
12 以法蓮用謊話, 以色列家用詭計圍繞我; 猶大卻靠上帝掌權, 向聖者有忠心。
Efrayim yalanla, İsrail nəsli hiylə ilə Ətrafımı bürüdü. Amma Yəhuda hələ də Allahla birgə gedir, Müqəddəs Olana sadiqdir.

< 何西阿書 11 >