< במדבר 30 >

וידבר משה אל ראשי המטות לבני ישראל לאמר זה הדבר אשר צוה יהוה 1
Musa İsrail övladlarının qəbilə başçılarına dedi: «Rəbb belə əmr etmişdir:
איש כי ידר נדר ליהוה או השבע שבעה לאסר אסר על נפשו--לא יחל דברו ככל היצא מפיו יעשה 2
bir kişi Rəbbə əhd edərək yaxud and içərək öhdəsinə nə isə götürərsə, verdiyi sözü pozmasın, ağzından çıxan hər şeyi yerinə yetirsin.
ואשה כי תדר נדר ליהוה ואסרה אסר בבית אביה בנעריה 3
Əgər atasının evində yaşayan gənc qız Rəbbə əhd edib öhdəsinə nə isə götürərsə,
ושמע אביה את נדרה ואסרה אשר אסרה על נפשה והחריש לה אביה--וקמו כל נדריה וכל אסר אשר אסרה על נפשה יקום 4
lakin atası onun əhdini və öhdəsinə götürdüyü şeyi eşidəndə ona qarşı çıxmazsa, qızın etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylərin hamısı qüvvədə qalar.
ואם הניא אביה אתה ביום שמעו--כל נדריה ואסריה אשר אסרה על נפשה לא יקום ויהוה יסלח לה כי הניא אביה אתה 5
Amma atası bunları eşidən gün mane olarsa, qızın etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Rəbb onu bağışlayar, çünki atası mane olmuşdur.
ואם היו תהיה לאיש ונדריה עליה או מבטא שפתיה אשר אסרה על נפשה 6
Əgər qız əhd yaxud düşünmədən öhdəsinə bir şey götürdükdən sonra ərə gedərsə,
ושמע אישה ביום שמעו והחריש לה וקמו נדריה ואסרה אשר אסרה על נפשה--יקמו 7
bunu eşidən əri həmin gün ona qarşı çıxmazsa, onun etdiyi əhdlər və düşünmədən öhdəsinə götürdüyü şeylər qüvvədə qalar.
ואם ביום שמע אישה יניא אותה והפר את נדרה אשר עליה ואת מבטא שפתיה אשר אסרה על נפשה--ויהוה יסלח לה 8
Amma əri bunu eşidən gün mane olarsa, gəlinin etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Rəbb onu bağışlayar.
ונדר אלמנה וגרושה--כל אשר אסרה על נפשה יקום עליה 9
Dul yaxud boşanan qadının əhdi və öhdəsinə götürdüyü hər şey qüvvədə qalar.
ואם בית אישה נדרה או אסרה אסר על נפשה בשבעה 10
Əgər ərli bir qadın əhd edər yaxud öhdəsinə nə isə götürərsə,
ושמע אישה והחרש לה לא הניא אתה--וקמו כל נדריה וכל אסר אשר אסרה על נפשה יקום 11
əri bunu eşidəndə ona qarşı çıxmayıb mane olmazsa, qadının bütün əhdləri yaxud öhdəsinə götürdüyü şeylər qüvvədə qalar.
ואם הפר יפר אתם אישה ביום שמעו--כל מוצא שפתיה לנדריה ולאסר נפשה לא יקום אישה הפרם ויהוה יסלח לה 12
Amma əri bunları eşidən gün ona mane olarsa, qadının bütün əhdləri və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Əri mane olduğu üçün Rəbb qadını bağışlayar.
כל נדר וכל שבעת אסר לענת נפש--אישה יקימנו ואישה יפרנו 13
Əri qadının özünü məhrum etmək üçün etdiyi əhdləri yaxud and içərək öhdəsinə götürdüyü şeyləri təsdiq edə bilər ya da mane ola bilər.
ואם החרש יחריש לה אישה מיום אל יום והקים את כל נדריה או את כל אסריה אשר עליה--הקים אתם כי החרש לה ביום שמעו 14
Əgər əri bir gün içində bu barədə ona qarşı çıxmazsa, bütün əhdləri yaxud öhdəliklərini təsdiqləmiş olur. Onları eşidən gün qadına qarşı çıxmamaqla təsdiqləmiş sayılar.
ואם הפר יפר אתם אחרי שמעו--ונשא את עונה 15
Əgər onları eşitdikdən bir müddət sonra mane olursa, qadının cəzasını əri çəkər».
אלה החקים אשר צוה יהוה את משה בין איש לאשתו--בין אב לבתו בנעריה בית אביה 16
Kişi ilə arvadı, atası ilə onun evində yaşayan gənc qızı arasında münasibət barədə Rəbbin Musaya əmr etdiyi qaydalar bunlardır.

< במדבר 30 >