< תְהִלִּים 118 >
הֹוד֣וּ לַיהוָ֣ה כִּי־טֹ֑וב כִּ֖י לְעֹולָ֣ם חַסְדֹּֽו׃ | 1 |
Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!
יֹֽאמַר־נָ֥א יִשְׂרָאֵ֑ל כִּ֖י לְעֹולָ֣ם חַסְדֹּֽו׃ | 2 |
Qoy İsraillilər belə desin: «Çünki məhəbbəti əbədidir!»
יֹֽאמְרוּ־נָ֥א בֵֽית־אַהֲרֹ֑ן כִּ֖י לְעֹולָ֣ם חַסְדֹּֽו׃ | 3 |
Harun nəsli belə desin: «Çünki məhəbbəti əbədidir!»
יֹֽאמְרוּ־נָ֭א יִרְאֵ֣י יְהוָ֑ה כִּ֖י לְעֹולָ֣ם חַסְדֹּֽו׃ | 4 |
Qoy Rəbdən qorxanlar belə söyləsin: «Çünki məhəbbəti əbədidir!»
מִֽן־הַ֭מֵּצַ֥ר קָרָ֣אתִי יָּ֑הּ עָנָ֖נִי בַמֶּרְחָ֣ב יָֽהּ׃ | 5 |
Sıxıntı içində Rəbbi çağırdım, Cavab verib məni genişliyə çıxartdı.
יְהוָ֣ה לִ֭י לֹ֣א אִירָ֑א מַה־יַּעֲשֶׂ֖ה לִ֣י אָדָֽם׃ | 6 |
Rəbb mənimlədir, heç qorxmaram. İnsan mənə nə edə bilər?
יְהוָ֣ה לִ֭י בְּעֹזְרָ֑י וַ֝אֲנִ֗י אֶרְאֶ֥ה בְשֹׂנְאָֽי׃ | 7 |
Rəbb mənimlədir, mənə yardım edər, Mənə nifrət edənlərin aqibətini görəcəyəm.
טֹ֗וב לַחֲסֹ֥ות בַּיהוָ֑ה מִ֝בְּטֹ֗חַ בָּאָדָֽם׃ | 8 |
Rəbbə pənah gətirmək İnsana güvənməkdən yaxşıdır.
טֹ֗וב לַחֲסֹ֥ות בַּיהוָ֑ה מִ֝בְּטֹ֗חַ בִּנְדִיבִֽים׃ | 9 |
Rəbbə pənah gətirmək Əsilzadələrə güvənməkdən yaxşıdır.
כָּל־גֹּויִ֥ם סְבָב֑וּנִי בְּשֵׁ֥ם יְ֝הוָ֗ה כִּ֣י אֲמִילַֽם׃ | 10 |
Bütün millətlər məni mühasirəyə aldılar, Rəbbin ismi ilə onları qırdım.
סַבּ֥וּנִי גַם־סְבָב֑וּנִי בְּשֵׁ֥ם יְ֝הוָ֗ה כִּ֣י אֲמִילַֽם׃ | 11 |
Hər tərəfdən məni mühasirəyə aldılar, Rəbbin ismi ilə onları qırdım.
סַבּ֤וּנִי כִדְבֹורִ֗ים דֹּ֭עֲכוּ כְּאֵ֣שׁ קֹוצִ֑ים בְּשֵׁ֥ם יְ֝הוָ֗ה כִּ֣י אֲמִילַֽם׃ | 12 |
Arılar tək məni mühasirəyə aldılar, Lakin kol-kos kimi alışıb tez söndülər, Rəbbin ismi ilə onları qırdım.
דַּחֹ֣ה דְחִיתַ֣נִי לִנְפֹּ֑ל וַ֖יהוָ֣ה עֲזָרָֽנִי׃ | 13 |
Möhkəm təzyiq altında yıxılmağıma az qalmışdı, Lakin Rəbb imdadıma çatdı.
עָזִּ֣י וְזִמְרָ֣ת יָ֑הּ וַֽיְהִי־לִ֝֗י לִֽישׁוּעָֽה׃ | 14 |
Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi!
קֹ֤ול ׀ רִנָּ֬ה וִֽישׁוּעָ֗ה בְּאָהֳלֵ֥י צַדִּיקִ֑ים יְמִ֥ין יְ֝הוָה עֹ֣שָׂה חָֽיִל׃ | 15 |
Salehlərin çadırlarından zəfər nidası yüksəlir: «Rəbbin sağ əli qüdrətli işlər göstərir!
יְמִ֣ין יְ֭הוָה רֹומֵמָ֑ה יְמִ֥ין יְ֝הוָה עֹ֣שָׂה חָֽיִל׃ | 16 |
Rəbbin sağ əli necə əzəmətlidir! Rəbbin sağ əli qüdrətli işlər göstərir!»
לֹֽא אָמ֥וּת כִּי־אֶֽחְיֶ֑ה וַ֝אֲסַפֵּ֗ר מַֽעֲשֵׂ֥י יָֽהּ׃ | 17 |
Ölməyib sağ qalacağam, Rəbbin işlərini bəyan edəcəyəm.
יַסֹּ֣ר יִסְּרַ֣נִּי יָּ֑הּ וְ֝לַמָּ֗וֶת לֹ֣א נְתָנָֽנִי׃ | 18 |
Rəbb mənə möhkəm cəza verdi, Amma məni ölümə təslim etmədi.
פִּתְחוּ־לִ֥י שַׁעֲרֵי־צֶ֑דֶק אָֽבֹא־בָ֝ם אֹודֶ֥ה יָֽהּ׃ | 19 |
Salehlik darvazalarını üzümə açın, Qoy oradan keçib Rəbbə şükür edim.
זֶֽה־הַשַּׁ֥עַר לַיהוָ֑ה צַ֝דִּיקִ֗ים יָבֹ֥אוּ בֹֽו׃ | 20 |
Bu, Rəbbin darvazasıdır, Oradan saleh insanlar keçəcək.
אֹ֭ודְךָ כִּ֣י עֲנִיתָ֑נִי וַתְּהִי־לִ֝֗י לִֽישׁוּעָֽה׃ | 21 |
Ya Rəbb, Sənə şükür edirəm, Çünki cavab verərək məni xilas etmisən!
אֶ֭בֶן מָאֲס֣וּ הַבֹּונִ֑ים הָ֝יְתָ֗ה לְרֹ֣אשׁ פִּנָּֽה׃ | 22 |
Bənnaların rədd etdiyi daş Guşədaşı olub.
מֵאֵ֣ת יְ֭הוָה הָ֣יְתָה זֹּ֑את הִ֖יא נִפְלָ֣את בְּעֵינֵֽינוּ׃ | 23 |
Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir.
זֶה־הַ֭יֹּום עָשָׂ֣ה יְהוָ֑ה נָגִ֖ילָה וְנִשְׂמְחָ֣ה בֹֽו׃ | 24 |
Bu günü Rəbb yaratdı, Onda sevinib şadlıq edək!
אָנָּ֣א יְ֭הוָה הֹושִׁ֘יעָ֥ה נָּ֑א אָֽנָּ֥א יְ֝הוָ֗ה הַצְלִ֘יחָ֥ה נָּֽא׃ | 25 |
Aman, ya Rəbb, bizi qurtar! Aman, ya Rəbb, bizə uğur göndər!
בָּר֣וּךְ הַ֭בָּא בְּשֵׁ֣ם יְהוָ֑ה בֵּ֝רַֽכְנוּכֶ֗ם מִבֵּ֥ית יְהוָֽה׃ | 26 |
Rəbbin ismi ilə gələnə alqış olsun! Sizə Rəbbin evindən xeyir-dua veririk.
אֵ֤ל ׀ יְהוָה֮ וַיָּ֪אֶר לָ֥נוּ אִסְרוּ־חַ֥ג בַּעֲבֹתִ֑ים עַד־קַ֝רְנֹ֗ות הַמִּזְבֵּֽחַ׃ | 27 |
Rəbb Allahdır, O, üzərimizə nur saçdı, Qurbangahın buynuzlarına bayram qurbanını bağlayın.
אֵלִ֣י אַתָּ֣ה וְאֹודֶ֑ךָּ אֱ֝לֹהַ֗י אֲרֹומְמֶֽךָּ׃ | 28 |
Allahım Sənsən, Sənə şükür edəcəyəm! Allahımsan, Səni yüksəldəcəyəm!
הֹוד֣וּ לַיהוָ֣ה כִּי־טֹ֑וב כִּ֖י לְעֹולָ֣ם חַסְדֹּֽו׃ | 29 |
Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!