< ヨハネの福音書 12 >

1 第二款 イエズスの聖役終らんとす 過越祭の六日前、イエズスベタニアに至り給ひしに、是ラザルの死したりしを復活せしめ給ひし處なれば、
Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da orada idi.
2 或人々イエズスの為に晩餐を設け、マルタ給仕しけるが、ラザルはイエズスと共に食卓に就ける者の一人なりき。
Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə birgə süfrə arxasında oturanların arasında idi.
3 然るにマリアは價高き純粋のナルドの香油一斤を取りてイエズスの御足に注ぎ、御足を己が髪毛もて拭ひしかば、香油の薫家に満てり。
Məryəm isə bir litra çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü.
4 其時弟子の一人、イエズスを売るべきイスカリオテのユダ、
Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi:
5 何故に此香油を三百デナリオに売りて貧者に施さざりしぞ、と云へり。
«Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?»
6 但し斯く云ひしは貧者を慮れる故に非ず、己盗人にして、財嚢を預り、中に入れらるる物を取れる故なり。
Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna qoyulanların bir hissəsini oğurlayırdı.
7 然るにイエズス曰ひけるは、此女を措け、我葬の日の為に此香油を貯へたるなり、
Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın.
8 其は貧者は恒に汝等と共に居れども、我は恒に居らざればなり、と。
Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam».
9 斯てユデア人の大群衆、イエズスの此處に居給ふを知り、獨りイエズスの為のみならず、死者の中より復活せしめ給ひしラザルを見んとて來りしが、
Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün oraya gəldi.
10 司祭長等はラザルをも殺さんと思へり、
Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar.
11 是は彼の為に、去りてイエズスを信仰する者、ユデア人の中に多ければなり。
Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi.
12 翌日、祭日の為に來りし夥しき群衆、イエズスエルザレムに來り給ふ由を聞きて、
Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə
13 梭櫚の葉を執りて出迎へ、ホザンナ、主の御名によりて來るイスラエルの王祝せられ給へかし、と呼はり居りしが、
xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar «Hosanna! Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!» deyə qışqırırdı.
14 イエズスは小驢馬を得て之に乗り給へり、録して
İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb:
15 シオンの女よ、懼るること勿れ、看よ、汝の王は牝驢馬の子に乗りて來る」とあるが如し。
«Ey Sion qızı, qorxma. Bax Padşahın bir sıpaya minib gəlir».
16 弟子等初は此等の事を暁らざりしが、光榮を得給ひて後、其イエズスに就きて録されたりし事と自ら御為に為し事とを思出せり。
Şagirdləri o zaman bu şeyləri anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar.
17 然てイエズスがラザルを墓より呼出して、死者の中より復活せしめ給ひし時彼と共に居合せたり夥しき人々證明し、
İsanın Lazarı qəbirdən çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şahid idi.
18 群衆も亦、イエズスが此奇蹟を為し給ひしを聞きて出迎へしかば、
Xalq İsanın bu əlaməti göstərdiyini eşitmişdi, buna görə də Onu qarşılamağa çıxdı.
19 ファリザイ人語合ひけるは、汝等何の効験もなきを見ずや、世既に挙りて彼に從へり、と。
Bu səbəbdən fariseylər bir-birlərinə dedilər: «Baxın əlinizdən bir iş gəlmir. Artıq aləm Onun ardınca getdi».
20 然るに祭日に禮拝せんとて上りたる人々の中に異邦人もありしが、
Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi.
21 此人々ガリレアのベッサイダ生れなるフィリッポに近づき、之に乞ひて、君よ、我等はイエズスに謁えん事を欲す、と云ひしかば、
Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər.
22 フィリッポ來りてアンデレアに告げ、アンデレアとフィリッポと又イエズスに告げしに、
Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər.
23 イエズス答へて曰ひけるは、人の子が光榮を得べき時來れり。
İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi.
24 誠に實に汝等に告ぐ、麦の粒地に墮ちて、若死せざれば、
Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir.
25 唯一にして止るも、若死すれば多くの實を結ぶ。己が生命を愛する人は之を失ひ、此世にて生命を憎む人は、之を保ちて永遠の生命に至るべし、 (aiōnios g166)
Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. (aiōnios g166)
26 人若我に事へば我に從ふべし、而して我が居る處には、我に事ふる人も亦居るべし、人若我に事へば、我父之に榮誉を賜はん。
Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.
27 今や我心騒げり、我何をか云はん、父よ、我を救ひて此時を免れしめ給へ、然りながら、我は之が為にこそ此時に至れるなれ、
İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim.
28 父よ、御名に光榮あらしめ給へ、と。其時聲天より來りて曰く、我既に光榮あらしめたり、更に光榮あらしめん、と。
Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi.
29 是に於て立ちて之を聞きたる群衆は、雷鳴れりと云ひ、或人々は、天使彼に言ひたるなり、と云へり。
Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi.
30 イエズス答へて曰ひけるは、此聲の來りしは我が為に非ずして汝等の為なり。
İsa cavab verdi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi.
31 今は世の審判なり、此世の長、今逐出されんとす、
İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı bayıra atılacaq.
32 我地より上げられたらん時は、萬民を我に引寄せん、と。
Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm».
33 斯く曰へるは、如何なる死状を以て死すべきかを示し給はんとてなるに、
İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi.
34 群衆之に答へけるは、キリストは永遠に存すとこそ、我等は律法より聞けるものを、汝何ぞ人の子上げられるべしと云ふや、人の子とは是誰なるぞ、と。 (aiōn g165)
Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» (aiōn g165)
35 イエズス即ち彼等に曰ひけるは、光は尚暫く汝等の中に在り、汝等光を有する間に歩みて、闇に追付かるな。闇に歩む人は行先を知らず、
Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz.
36 汝等光を有する間に、光の子と成らん為に光を信ぜよ、と。斯く曰ひて後、イエズス去りて身を彼等より匿し給へり。
Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız». İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi.
37 斯ばかり夥しき奇蹟を彼等の前に為し給ひたれど、彼等尚イエズスを信ぜざりき。
Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər.
38 是預言者イザヤの言の成就せん為なり、曰く「主よ、誰か我等に聴きて信じたるぞ、主の御腕は誰に顕れたるぞ」と。
Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin: «Ya Rəbb, xəbərimizə kim inandı, Rəbbin gücü kimə zühur oldu?»
39 彼等の信じ得ざりしはイザヤの又云ひし事によれり、
Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib:
40 曰く「彼等目にて見ず、心にて暁らず、翻りて我に醫されざらん為に、神彼等の目を矇まし、彼等の心を頑固にし給へり」と。
«Allah onların gözlərini kor etdi Və ürəklərini kütləşdirdi ki, Gözləri ilə görməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim».
41 イザヤが斯く云ひしは、彼の光榮を見て、彼に就きて語りし時なり。
Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb.
42 然れども、重立ちたる人々の中にも、イエズスを信仰せる者多かりしが、ファリザイ人を憚り、會堂より遂出されじとて、之を公言せざりき。
Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər.
43 即ち彼等は神の光榮よりも人の光榮を好みしなり。
Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər.
44 イエズス呼はりて曰ひけるは、我を信ずる人は、我を信ずるに非ずして、我を遣はし給ひし者を信ずるなり。
İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir.
45 又我を見る人は、我を遣はし給ひし者を見るなり。
Məni görən də Məni Göndərəni görür.
46 我は光として世に來れり、是総て我を信ずる人が暗に止らざらん為なり。
Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın.
47 人若我言を聴きて守らざれば、我は之を審かず、我が來りしは世を審かん為に非ずして、世を救はん為なればなり。
Kim sözlərimi eşidib onlara riayət etməzsə, Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim.
48 我を軽んじて我言を受けざる人には、之を審く者あり、即ち我が語りし言其物、終の日に於て之を審くべし。
Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək.
49 蓋我は己より語りしに非ず、我を遣はし給ひし父自ら、我が言ふべき事語るべき事を我に命じ給ひしなり、
Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi.
50 我は其命令が永遠の生命たる事を知る、然れば我が語るは、父の我に曰ひし儘に之を語るなり、と。 (aiōnios g166)
Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm». (aiōnios g166)

< ヨハネの福音書 12 >